eforea: Hilton spa otel kompleksi Avropaya daxil olur

Hilton tərəfindən Qlobal Spa Konsepsiyası Bu Ay Hilton Bakı otel kompleksində Avropa Debütünü təqdim edir

This information originated in Azerbaijani.

October 06, 2011

, Azərbaycan və MAKLİN, Virciniya - Hilton Mehmanxanaları və Rezortları bu ay Azərbaycanda brendin ilk mehmanxanası olan Hilton Bakı otel kompleksində Avropa "eforea"-sını: innovativ qlobal spa konsepsiyalı Hilton spa otel kompleksini təqdim edir. Spa yeni mehmanxananın Xəzər dənizinə və Bakı şəhərinin ətrafına açılan mənzərəli 23-cü mərtəbəsində yerləşir.

"eforea" - Hilton məkanlarında spa - bütün dünya miqyası üçün açılır; Avropadakı ilk məkanımız bizim üçün daha bir mühüm mərhələdir," deyə Hilton Mehmanxanaları və Rezortlarının qlobal rəhbəri Deyv Horton bildirmişdir. "Hilton Bakı otel kompleksində yerləşən bu "eforea" - Hilton spa otel kompleksi - məftunedici şəhər və dəniz mənzərəsini təklif etməklə dörd qitəni əhatə edəcəkdir. Bu spa qonaqlara təravətlənmək, gəncləşmək və daha şux görünmələri üçün dünya səviyyəli istirahət mühitini təqdim edəcəkdir."

eforea: Hilton spa otel kompleksi 2010-cu ilin oktyabr ayında Hilton Mehmanxanaları və Rezortları tərəfindən ilk qlobal spa konsepsiyası kimi Hilton dünya brendinin bayraqdarı olaraq başlamışdır. Bu gün Amerika Birləşmiş Ştatlarında, Avstraliyada, Çin, Yeni Zelandiya və Tailandda 93 eforea: Hilton spa otel kompleksləri mövcuddur və açılmaqda davam edir.

eforea: Hilton Bakı spa otel kompleksi həm müalicə menyusu, həm də fərdi sahədə dünyanın bir sıra ən gözəl spa brendlərini təqdim edəcəkdir. "Kerstin Florian" dəniz yosunları, palçıq, bitki ekstraktları, termal mineral sular və mühüm yağlar da daxil olmaqla, təbii mənbələrdən hazırlanmış Avropa üz, bədən və vanna məhsulları və nəticə istiqamətli müalicələri üzrə zəngin çeşidlər təklif edir. "LI'TYA" unikal spa təcrübəsini nümayiş etdirmək üçün Avstraliyanın milli ehtiyatlarının bərpaedici və yenidən canlandırıcı gücündən istifadə edir. "VitaMan" kişilər üçün Avstraliyada hazırlanmış təbii spa və təmizləyici məhsullar üzrə mükəmməl xidmətləri təmin edir. "Peter Thomas Roth" ilin sonuna qədər bütün dünyada Hilton Mehmanxanaları və Rezortları məkanlarında yeni otaq - hamam kolleksiyasına öz məhsullarını və siqnatura müalicələrini təqdim etməklə "eforea"nı tamamlayacaqdır.

Hilton Bakı otel kompleksinin 1 500 kvadrat metrlik spa sahəsi hər biri özəl duş və geyim otağına malik olan səkkiz möhtəşəm müalicə otağını təqdim edir. Lüks dəyişən sahələr, istirahət üçün keçid zalları, Cakkuzi içərisində bütün bədən üçün hidro masaj masaları və ənənəvi hamamlar Hilton Bakı "eforea"sının tərkib hissəsidir. Prezident spa otağı özəl par otağı və sauna, 2 müalicə yatağı, yataq - divanlara və Bakının ən möhtəşəm mənzərəsinə malikdir. Spanın bütün sahələri fitnes mərkəzi və yoqa otağından dalğalara görünüş və günəşin doğma mənzərəsini maksimallaşdırmaq üçün layihələndirilmişdir. Bu məkanlara 18 metrlik dairəvi üzgüçülük hovuzu da daxildir.

Hilton Bakı otel kompleksi hazırda eforea - Hilton spa konsepsiyasına malik olan Hilton Mehmanxanalarının və Rezortlarının artan kolleksiyasına qoşulur ki, bunlara da hələ ki aşağıdakılar daxildir: "Hilton Short Hills" (Nyu Cersi, ABŞ; 2010-cu ildə açılmışdır); "Millennium Hilton Bankok" (Tailand; 2011-ci ilin mart ayında açılmışdır): "Hilton On The Park Melbourne" (Avstraliya; 2011-ci ilin Aprel ayında açılmışdır); "Hilton Pattaya" (Tailand; 2011-ci ilin may ayında açılmışdır); "Hilton Queenstown" (Yeni Zelandiya; 2011-ci ilin may ayında açılmışdır); və "Hilton Surfers Paradise" (Avstraliya; 2011-ci ilin sentyabr ayında açılmışdır). Bu il açılması nəzərdə tutulan digər məkanlara "Hilton Guangzhou Tianhe" (Çin), "Hilton Sedona Resort & Spa" (Arizona, ABŞ), "Hilton Doha" (Qatar), və Çində ikinci "Hilton Hangzhou Qiandao Lake Resort" daxildir.

Eforea - Hilton spa otel kompleksi haqqında daha ətraflı məlumat əldə etmək üçün www.hiltonglobalmediacenter.com/eforea və ya www.hilton.com/eforea səhifəmizə baş çəkin.

Əlaqə:
Dan Korfild
Qlobal Hilton, Avropa
+44(0)7974 229 462
dan.corfield@hilton.com

Con Forest Ales
Hilton Mehmanxanaları və Rezortları
+ 1 703 883 5212
johnforrest.ales@hilton.com

Hilton Mehmanxanaları və Rezortları haqqında
Sektorun ən tanınmış adlarından biri olan Hilton Mehmanxanaları və Rezortları qonaqpərvərlikdə dəbli və qabaqcıl düşüncəli qlobal liderdir. Açılış ziyafətlərindən, Hollivud mükafatları üzrə qala-tədbirlərindən tutmuş işgüzar tədbir və unudulmaz günlər də daxil olmaqla, Hilton dünyanın tarix yazdığı, iş gördüyü, xüsusi imkanlardan faydalandığı hər bir yerdədir. Qlobal Hilton bayraqdar brendinin 144 000 komanda üzvü hər bir müştərinin ona qayğı göstərildiyini, dəyərləndirildiyini və ona hörmət edildiyini hiss etməsi üçün layiqli təcrübə yaratmaqla yanaşı, sabahın hər şeyə maraq göstərən qlobal səyyahlarının ehtiyaclarını qarşılamaq üçün məhsul və xidmətlərini inkişaf etdirmək innovasiyaları üzrə mirasını qurmaqda davam edir. Bu gün Hilton Mehmanxanaları və Rezortları portfelinə dünyanın 78 ölkəsində 540 mehmanxana daxildir və bu brend "mehmanxana" sözünə sinonim kimi qəbul edilir. Hiltonun son görüntülərinə www.hiltonglobalmediacenter.com səhifəsində baxa bilərsiniz və ya öz səfərinizə bu səhifə ilə başlaya bilərsiniz www.hilton.com. Sosial media istifadəçiləri www.twitter.com/hiltononline, www.facebook.com/hiltonwww.youtube.com/hilton vasitəsilə Hiltona qoşula bilərlər. Hilton Mehmanxanaları və Rezortları Qlobal Hiltonun 10 aparıcı bazar brendindən biridir.

Qlobal Hilton haqqında
Qlobal Hilton mehmanxana sektorunda lüks tam xidmətli mehmanxana və rezortlardan tutmuş, uzun müddətli qalma otaqları və orta qiymətli mehmanxanalara kimi bütün sahələri əhatə edən aparıcı qlobal qonaqpərvərlik şirkətidir. 93 ildir ki, Qlobal Hilton bizneslərə və səyahətçilərə ən mükəmməl yerləşdirmə, xidmət, rahatlıq və dəyər təklif edir. Şirkət bütün qlobal brendlərində müstəsna qonaq qarşılama təcrübələri ənənəsini davam etdirməyə sadiqdir. Bu brend 85 ölkədə 615 000 otağı olan 3750 mehmanxana və "taym şer" əmlaklarından ibarətdir və bura Valdorf Astoria Mehmanxanaları və Rezortları, Konrad Mehmanxanaları və Rezortları, Hilton Mehmanxanaları və Rezortları, "DoubleTree by Hilton", Hilton Səfir Otaqları, "Hilton Garden Inn", Hampton Mehmanxanaları, "Homewood Suites by Hilton", Hiltonun "Home2" Otaqları və "Hilton Grand Vacations" daxildir. Şirkət həmçinin dünya səviyyəli qonaq mükafatlandırma proqramı olan "Hilton HHonors®" tədbirini keçirir. Şirkət haqqında
əlavə məlumat üçün www.HiltonWorldwide.com səhifəsinə baş çəkin və Qlobal Hiltona www.HiltonWorldwideGlobalMediaCenter.com səhifəsi vasitəsilə qoşulun.