“Hilton Worldwide” şirkəti Manuil Avilanı təzə “Hilton Bakı” mehmanxanasının baş meneceri təyin edir

This information originated in Azerbaijani.

April 04, 2011

BAKU, Azerbaijan - “Hilton Worldwide” şirkəti bu gün bildirmişdir ki, Manuil Avila Azərbaycanda yenicə inşa edilmiş “Hilton Bakı” mehmanxanasının baş meneceri təyin olunub.

Bu funksiyanı yerinə yetirərək Avila mehmanxananın 2011-ci ilin sentyabr ayına planlaşdırılmış açılışına qədər işlərin son mərhələlərinə nəzarət etməklə yanaşı, mehmanxananın gündəlik işlərinə görə məsuliyyət daşıyacaq. Avila yeni vəzifəsinə özü ilə birlikdə zəngin təcrübə gətirir. Belə ki, o, 25 ildən artıq müddət ərzində “Hilton Worldwide” şirkətində işləmiş, İspaniya və Kiprdə şirkətin bir sıra obyektlərini idarə etmişdir.

Avila demişdir: “Mənə bu yeni əhəmiyyətli Hilton mehmanxanasını idarə etmək imkanı verildiyinə görə həyəcanlıyam. Şirkətin Azərbaycanda və Qafqaz regionunda ilk obyekti kimi “Hilton Bakı” mehmanxanası qrupun mövcud nüfuzuna əsaslanaraq Azərbaycanın genişlənən mehmanxana bazarına yeni beynəlxalq xidmət standartı gətirəcəkdir. Eyni zamanda, bu obyekt mehmanxana sahəsində karyera qurmağı arzu edən şəxslər üçün regionda bir sıra maraqlı və cəlbedici iş imkanlarını yaradır. Hilton şirkəti özünün ən yüksək keyfiyyətli təlim və inkişaf proqramlarından qürur duyur və bu möhtəşəm yeni mehmanxananı idarə etmək üçün yeni bir istedadlı kollektiv yaratmaq imkanının mənə verilməsindən məmnunam.”

“Hilton Worldwide” şirkətinin Şərqi Avropa, Türkiyə, Rusiya və İsrail əməliyyatları üzrə vitse-prezidenti Didier Martin demişdir: “Biz Manuelin Azərbaycanda rəhbər vəzifəyə təyin olunmasına görə çox şadıq. Onun şirkət daxilindəki geniş təcrübəsi buna dəlalət edir və biz tam əminik ki, onun rəhbərliyi altında “Hilton Bakı” mehmanxanası “Hilton Worldwide” şirkətinin inkişaf edən portfelinə çox gözəl və nadir bir əlavə olduğunu təsdiq edəcəkdir.”

Yenicə inşa olunmuş “Hilton Bakı” mehmanxanası 24 və 25-ci mərtəbələrdə fırlanan bar və restoran daxil olmaqla bir sıra fərqli xüsusiyyətlərə və unikal biznes imkanlarını təmin etməsinə görə fəxr edəcəkdir.

Hilton mehmanxanaları və kurortları haqqında
Biznes fəaliyyətində ən çox tanınan adlardan biri olan Hilton mehmanxanaları və Kurortları mehmanxana sahəsində dəbli, uzaqgörən qlobal lider kimi qəbul olunur. Hilton dünyanın təntənəli açılış mərasimlərindən və Hollivud mükafatlarının təqdim olunması şənliklərindən tutmuş işgüzar tədbirlərə və xatirə günlərinə qədər tarix yaratdığı, müqavilələr bağladığı, xüsusi mərasimlərin şərəfinə badələr qaldırdığı və bütün bunlardan kənara çəkildiyi bir məkandır. “Hilton Worldwide” şirkətinin aparıcı markası özünün irsən keçən innovasiyasına əsaslanmaqda davam edərək sabahın sağlam düşüncəli qlobal turistlərinin ehtiyaclarını ödəmək məqsədilə məhsullar və xidmətlər işləyib hazırlayır və şirkət kollektivinin 144,000-dən çox üzvünün təcrübələri formalaşdırır ki, bununla hər bir qonaq özünün qayğı ilə əhatə olunduğunu, qiymətləndirildiyini və hörmət göstərildiyini hiss edir. Hazırda Hilton Mehmanxanaları və Kurortları portfelinə 76 ölkədə 540-dan çox mehmanxana daxildir və marka “mehmanxana” sözünün sinonimi olaraq qalır. Hilton şirkətinə dair son xəbərlər www.hiltonglobalmediacenter.com saytından əldə edin və ya səyahətinizə www.hilton.com saytından başlayın. Sosial şəbəkə xidmətləri istifadəçiləri www.twitter.com/hiltononline, www.facebook.com/hiltonwww.youtube.com/hilton. saytları vasitəsilə Hilton şirkəti ilə tanış ola bilərlər. Hilton Mehmanxanaları və Kurortları “Hilton Worldwide” şirkətinin bazarda liderlik edən on brendindən biridir.

“Hilton Worldwide” şirkəti haqqında
“Hilton Worldwide” mehmanxana sənayesində qabaqcıl qlobal şirkətdir və müvəqqəti yaşayış sektorunu tam xidmət əsasında dəbdəbəli mehmanxanalar və kurortları, uzun müddətə qalmaq üçün lüks nömrələr və orta qiymətli otellər ilə təmin edir. “Hilton Worldwide” şirkəti 92 ildir ki, biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları və dəyər təklif edir. Şirkət özünün qlobal brendləri vasitəsilə qonaqlar üçün müstəsna təcrübələr təmin etmək ənənəsini davam etdirmək əzmindədir. Şirkətin brendləri 82 ölkədə 3,700 mehmanxanadan və 610,000 otaqdan ibarətdir və bunların sırasına Valdorf Astoriya Mehmanxanaları və Kurortları, Konrad Mehmanxanaları və Kurortları, Hilton Mehmanxanaları və Kurortları, “DoubleTree by Hilton”, “Embassy Suites Hotels”, “Hilton Garden Inn”, Həmpton Mehmanxanaları, “Homewood Suites by Hilton”, “Home2 Suites by Hilton” və “Hilton Grand Vacations” otelləri daxildir. Həmçinin, şirkət qonaqların mükafatlandırılması üçün dünya səviyyəli “Hilton HHonors®“ adlı proqramını idarə edir. Daha ətraflı məlumatı şirkətin www.hiltonworldwide.com saytından əldə edə bilərsiniz.