“Hilton Bakı” şirkəti icraçı rəhbərlik qrupunu təyin edir

This information originated in Azerbaijani.

June 24, 2011

Baku, Azerbaijan - Bu gün “Hilton Bakı” şirkəti 2011-ci ilin sentyabr ayında açılışı gözlənilən təzə mehmanxana üçün özünün yüksək rəhbərlik qrupunun təyin olunduğunu bildirmişdir. Yenicə toplanmış yüksək rəhbərlik qrupuna “Hilton Worldwide” şirkətindən olan mehmanxana biznesi üzrə beynəlxalq təcrübəli peşəkarlar ilə birlikdə Azərbaycan bazarı və Bakı mehmanxana sektorunun dərindən başa düşülməsini təmin edən yerli istedadlı mütəxəssislər daxildir.

Bu gün elan olunmuş əhəmiyyətli təyinatlara müvafiq olaraq satış və marketinq üzrə direktor və insan resursları üzrə direktor kimi təyin edilmiş Azərbaycan vətəndaşları Eldar Əlimuradov və Nigar Rəhimova daxildir.

Cənab Əlimuradov Bakı şəhərində yerləşən mehmanxana sektoru ilə bağlı 10 il iş təcrübəsinə malikdir, “Hilton Bakı” şirkətinə “Hyatt Hotels Bakı” şirkətindən qoşulmuşdur və biznes və kommersiya məsələləri üçün əlaqə saxlanmalı əsas şəxs olacaqdır. Xanım Rəhimova “Hilton Bakı” şirkətinə 2007-ci ildən insan resurslarının təlimi və inkişafı sahəsində çalışdığı “Holiday Inn Baku Airport” mehmanxanasından qoşulmuş və özü ilə Azərbaycan əmək bazarı ilə bağlı mühüm strateji məlumatlar gətirmişdir.

Bu yerli təcrübəni “Hilton Hotels & Resorts” şirkətinin brend dəyərləri ilə birləşdirən əməliyyatlar üzrə direktor kimi önəmli vəzifəni Tolqa Aytan tutacaq. Əvvəllər bu vəzifədə Türkiyədə “Hilton Adana” şirkətində çalışmış Türkiyə vətəndaşı cənab Aytan “Hilton” şirkətində 13 illik karyera qurmuşdur və şirkətin dünya səviyyəli standartlarının dəstəklənməsi və yaxşıların yaxşısı olmasının təmin edilməsində əsas səs sahibi olacaqdır.

“Hilton Bakı” şirkətinin baş meneceri özünün təzə rəhbərlik qrupu haqqında demişdir: “Bizim təzə mehmanxanaya başçılıq və rəhbərlik edən belə təcrübəli, bacarıqlı və işinin vurğunu olan peşəkar mütəxəssislərə malik olmaqdan fərəh və qürur duyuram. Bu təyinatlar “Hilton Bakı” üçün strateji baxımdan əhəmiyyətli təyinatlardır və mən tam əminəm ki, beynəlxalq təcrübə, rəhbərlik və yerli xüsusiyyətləri bilən mütəxəssislərin bir araya gətirilməsi mehmanxananın uğurunun tərkib hissəsi olacaq. “Hilton Bakı” şirkəti Azərbaycanın inkişaf edən mehmanxana sektorunda karyera qurmaq və bizim genişlənən qrupumuza qoşulmaq istəyən hər bir kəs üçün gözəl inkişaf imkanıdır.”

“Hilton Bakı” şirkətinin yenicə təyin olunmuş satış və marketinq üzrə direktoru Eldar Əlimuradov demişdir: “Beynəlxalq miqyasda nüfuz və hörmətə malik belə bir şirkətdə belə məsul vəzifədə işləmək çox əlamətdar bir hadisədir. Belə erkən bir mərhələdə layihəyə qoşulmaq həqiqətən də şərəf və qurur verir. Tamamlanmış mehmanxana əslində xüsusi iş mühiti olacaqdır və mən hər bir kəsin gərgin işinin bizim sentyabr ayında açılışımızda gerçəkləşəcəyini səbirsizliklə gözləyirəm.”

Əlavə olaraq elan edilmiş təyinatlara daxildir:

Roman Tanrıverdiyev administrator vəzifəsinə təyin olunmuşdur. Mehmanxanalarda 12 il iş təcrübəsi olan Azərbaycan vətəndaşı cənab Tanrıverdiyev özü ilə “Hyatt” beynəlxalq brend təcrübəsi ilə birlikdə yerli Bakı bazarı haqqında bilik gətirir.

Səbinə Şahin təsərrüfat və camaşır işləri üzrə icraçı menecer vəzifəsinə təyin olunmuşdur. Xanım Şahin öz karyerasına 1995-ci ildə “Hyatt Bakı” şirkətində başlamış və orada təsərrüfat işləri üzrə menecerin köməkçisi vəzifəsində çalışmışdır. O öz karyerasını “Landmark” mehmanxanasında təsərrüfat və camaşır işləri üzrə menecer vəzifəsində genişləndirmişdir.

Nadir Teymurov İT üzrə menecer vəzifəsinə təyin edilmişdir. Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirmiş cənab Teymurov “Microsoft” üzrə diplomlu peşəkardır və korporativ İT infrastrukturları yaradan İT sahəsində beş il iş təcrübəsinə malikdir.

“Hilton Bakı” haqqında məlumat almaq üçün xahiş olunur ki, www.hiltonglobalmediacenter.com saytına daxil olasınız.

Hilton mehmanxanaları və kurortları haqqında
Biznes fəaliyyətində ən çox tanınan adlardan biri olan Hilton mehmanxanaları və Kurortları mehmanxana sahəsində dəbli, uzaqgörən qlobal lider kimi qəbul olunur. Hilton dünyanın təntənəli açılış mərasimlərindən və Hollivud mükafatlarının təqdim olunması şənliklərindən tutmuş işgüzar tədbirlərə və xatirə günlərinə qədər tarix yaratdığı, müqavilələr bağladığı, xüsusi mərasimlərin şərəfinə badələr qaldırdığı və bütün bunlardan kənara çəkildiyi bir məkandır. “Hilton Worldwide” şirkətinin aparıcı markası özünün irsən keçən innovasiyasına əsaslanmaqda davam edərək sabahın sağlam düşüncəli qlobal turistlərinin ehtiyaclarını ödəmək məqsədilə məhsullar və xidmətlər işləyib hazırlayır və şirkət kollektivinin 144,000-dən çox üzvünün təcrübələri formalaşdırır ki, bununla hər bir qonaq özünün qayğı ilə əhatə olunduğunu, qiymətləndirildiyini və hörmət göstərildiyini hiss edir. Hazırda Hilton Mehmanxanaları və Kurortları portfelinə 76 ölkədə 540-dan çox mehmanxana daxildir və marka “mehmanxana” sözünün sinonimi olaraq qalır. Hilton şirkətinə dair son xəbərlər www.hiltonglobalmediacenter.com saytından əldə edin və ya səyahətinizə www.hilton.com saytından başlayın. Sosial şəbəkə xidmətləri istifadəçiləri www.twitter.com/hiltononline, www.facebook.com/hiltonwww.youtube.com/hilton. saytları vasitəsilə Hilton şirkəti ilə tanış ola bilərlər. Hilton Mehmanxanaları və Kurortları “Hilton Worldwide” şirkətinin bazarda liderlik edən on brendindən biridir.

“Hilton Worldwide” şirkəti haqqında
“Hilton Worldwide” mehmanxana sənayesində qabaqcıl qlobal şirkətdir və müvəqqəti yaşayış sektorunu tam xidmət əsasında dəbdəbəli mehmanxanalar və kurortları, uzun müddətə qalmaq üçün lüks nömrələr və orta qiymətli otellər ilə təmin edir. “Hilton Worldwide” şirkəti 92 ildir ki, biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları və dəyər təklif edir. Şirkət özünün qlobal brendləri vasitəsilə qonaqlar üçün müstəsna təcrübələr təmin etmək ənənəsini davam etdirmək əzmindədir. Şirkətin brendləri 82 ölkədə 3,700 mehmanxanadan və 610,000 otaqdan ibarətdir və bunların sırasına Valdorf Astoriya Mehmanxanaları və Kurortları, Konrad Mehmanxanaları və Kurortları, Hilton Mehmanxanaları və Kurortları, “DoubleTree by Hilton”, “Embassy Suites Hotels”, “Hilton Garden Inn”, Həmpton Mehmanxanaları, “Homewood Suites by Hilton”, “Home2 Suites by Hilton” və “Hilton Grand Vacations” otelləri daxildir. Həmçinin, şirkət qonaqların mükafatlandırılması üçün dünya səviyyəli “Hilton HHonors®“ adlı proqramını idarə edir. Daha ətraflı məlumatı şirkətin www.hiltonworldwide.com saytından əldə edə bilərsiniz.